ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ OLAY – Həyat yoldaşını 12 metrdən aşağı atdı və…

DƏHŞƏTLİ OLAY – Həyat yoldaşını 12 metrdən aşağı atdı və…
29 Mart 2019 - 20:20

Türkiyənin paytaxtı Ankarada avtobus terminalında dəhşətli hadisə baş verib.

ONN media xəbər verir ki, 30 yaşlı Cem adlı şəxs mübahisə etdiyi həyat yoldaşını qucağına alaraq 12 metr yüksəklikdən aşağı atıb.

Ağır xəsarət alan qadın ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Cem isə polis idarəsinə gedərək təslim olub.

O, ilkin ifadəsində bildirib ki, həyat yoldaşı İstanbula qardaşının yanına getmək istəyib. Lakin Cem buna qarşı çıxdığı üçün evdə mübahisə düşüb və qadın evdən çıxaraq avtobus terminalına gedib.

Mübahisə terminalda da davam edib və qəsdən adam öldürməyə təşəbbüslə nəticələnib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png