ONN media

DİN-dən qonşuların at davası ilə bağlı – Açıqlama

DİN-dən qonşuların at davası ilə bağlı – Açıqlama
10 Oktyabr 2019 - 14:13

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan ONN media-ya verilən məlumata görə, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

“Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürülmək məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır”, – açıqlamada qeyd olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Goranboy rayon Xanqərvənd kənd sakini 35 yaşlı Sahilə Ələkbərova sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Goranboy rayon sakini Sahilə Ələkbərovanın qonşuları tərəfindən ata bağladılıb, sürüdüldüyü barədə məlumat yayılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png