ONN İnformasiya Agentliyi

Hacıqabulda qadın faciəvi şəkildə öldü

Hacıqabulda qadın faciəvi şəkildə öldü
18 Aprel 2024 - 19:07

Hacıqabulda yük qatarı qadını vuraraq öldürüb.

ONN media xəbər verir ki, 1975-ci il təvəllüdlü Təhminə Əhəd qızı İbrahimova Şirvan Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

17:52

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Bu barədə QSC-dən məlumat verilib.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, – deyə məlumatda qeyd edilib.

17:38

Hacıqabul sakinini qatar vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisindən keçən dəmiryol xəttində baş verib.

İlkin məlumata görə, dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub. O hadisə yerində həyatını itirib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png