ONN İnformasiya Agentliyi

İsmayıllıda dağlıq ərazidə yanğın

İsmayıllıda dağlıq ərazidə yanğın
03 Sentyabr 2018 - 20:06

İsmayıllı rayonunun Keyvəndi kəndi yaxınlığında dağlıq ərazi yanır.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. İlkin məlumata əsasən təxminən 10 ha sahədə quru ot və kol-kos yanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png