ONN İnformasiya Agentliyi

Külli miqdarda narkotik vasitə aşkarlandı

Külli miqdarda narkotik vasitə aşkarlandı
02 Sentyabr 2018 - 21:45

İrandan Azərbaycana gələn yük avtomobilində külli miqdarda narkotik vasitə tapılıb.

Dövlət Gömrük Komitəsindən ONN media -ya verilən məlumata əsasən, daxil olan əməliyyat məlumatı əsasında Ukrayna vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində saxlanılıb və əməliyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib.

Bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzərətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümümi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png