ONN media

Polisi təhqir edən sürücü barədə YENİ XƏBƏR

Polisi təhqir edən sürücü barədə YENİ XƏBƏR
18 Sentyabr 2019 - 20:57

Sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 17-də günorta saatlarında 1967-ci il təvəllüdlü, Yasamal rayonuda müvəqqəti qeydiyyatda olan Fəxrəddin Nəsirov idarə etdiyi “KİA” markalı avtomaşınla Nərimanov rayonu, Xətai prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə yol polisi tərəfindən saxlanılıb.

Yol polisi sürücü F.Nəsirovun barəsində inzibati xəta haqqında protokollar tərtib etdikdə sonuncu aqressiv formada polis əməkdaşının ünvana etik çərçivədən kənar ifadələr işlədərək ona əl hərəkəti ilə fiziki təzyiq göstərməklə həmin yerdən uzaqlaşıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sürücü Binəqədi rayonu ərazisində saxlanılaraq polisə gətirilib.

Vətəndaşla aparılan izahat və araşdırma zamanı o, şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyini, əsəbi olduğu üçün bu addımı atdığını bildirməklə əməlindən peşman olduğunu və polis əməkdaşlarından üzr istəməklə anlaqsız halda olduğunu qeyd edib.

Faktla bağlı Nərimanov RPİ-də davam etdirilən araşdırma zamanı toplanmış material əsasında F.Nəsirov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə məsuliyyətə cəlb olunmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png