ONN İnformasiya Agentliyi

Qobustanda dəhşətli qəza- Ölənlər var

Qobustanda dəhşətli qəza- Ölənlər var
03 Noyabr 2019 - 11:46

ONN media xəbər verir ki, hadisə Qobustan-Bakı yolunda qeydə alınıb.

Qəza zamanı 2 nəfər ölüb, daha 5 nəfər ağır xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mersedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png