ONN İnformasiya Agentliyi

Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı
06 Aprel 2019 - 18:38

Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Dəliməmmədli şəhər sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONN media -ya  verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini 33 yaşlı Samir Kərimov olduğu müəyyən edilib.

Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qadın üzüyü oğurladığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png