ONN media

“Sədərək”dəki yanğında polislər insanları belə xilas etdilər – VİDEO

“Sədərək”dəki yanğında polislər insanları belə xilas etdilər – VİDEO
05 Avqust 2019 - 13:21

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğının söndürülməsi zamanı polis əməkdaşları da böyük fədakarlıq göstəriblər.

ONN media xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər.

Yanğının söndürülməsində, eləcə də, insanların ərazidən təxliyyə edilməsində, xəsarət alanlara kömək etməkdə Qaradağ polisi böyük işlər görüblər.

Eyni zamanda ərazidən malların daşınmasında polislərin köməkliyi olub.

Fədakarlıqları zamanı polis əməkdaşlarından halı pisləşənlər də olub. Onlara təcili yardım göstərilib.

Qeyd edək ki, ötən gün “Sədərək” ticarət mərkəzindəki yanğın söndürülüb.

Hadisə zamanı polis, FHN əməkdaşları da xəsarət alıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png