ONN İnformasiya Agentliyi

Sumqayıtda sərnişindən sürücüyə qarşı CİNAYƏT

Sumqayıtda sərnişindən sürücüyə qarşı CİNAYƏT
15 Sentyabr 2020 - 14:08

Sumqayıtda soyğunçuluq hadisəsi baş verib.

ONN media  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov sentyabrın 10-da Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində oturan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png