ONN İnformasiya Agentliyi

Tavuşda postlar qurulur: yüzlərlə yaralı var, ermənilər vahimə içində…

Tavuşda postlar qurulur: yüzlərlə yaralı var, ermənilər vahimə içində…
14 İyul 2020 - 18:38

Azərbaycan Ordusunun işğalçı ölkənin hərbi birləşmələrinə endirdiyi ağır zərbələr ermənilərin təşvişinə səbəb olub.

ONN media  xəbər verir ki, Tavuş vilayətindən olan ermənilər evlərini təcili şəkildə tərk edirlər.

Ermənistan mediası yazır ki, Tavuş vilayətinin Berd şəhərinin giriş-çıxışına polis postları qurulub.

Polis əhalinin şəhərdən çıxışına imkan vermir. O cümlədən, bölgəyə giriş də qadağan olunub. Buna səbəb Tavuşda xidmət edən əsgərlərin yaxınlarının əraziyə axışması, eləcə də jurnalist və sosial şəbəkə fəallarının itkiləri öyrənmək üçün bölgəyə gəlməsidir.

“Hetq” saytının müxbirləri bildirir ki, polis onların Tavuş bölgəsinə girişinə imkan vermir. Jurnalistlər Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aharonyana zəng edərək, məsələni öyrənmək istəyiblər.

“Boş yerə getməyin, Müdafiə Nazirliyi mediaya açıqlama verib, orada hər şey qeyd olunub” – Aharonyan bildirib.

Erməni jurnalistlər təcili tibbi yardım maşınlarının Tavuşa sürətlə daxil olduğunu, daha sonra eyni sürətlə çıxdığını yazırlar. Məlumatlara görə, yaralıların bir qismi yaxın ərazilərdəki hospitallara aparılır.

Azərbaycan Ordusunun vurduğu zərbələr nəticəsində yüzlərlə erməni hərbçi məhv olub. Ermənistan tərəfi məhv edilən iki hərbçinin – mayor və kapitan – adını açıqlasa da, ermənilər itkilərin çoxsaylı olduğunu yazırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png