Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 02-si axşam saatlarında hava şəraitinin buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 02-si axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 13-15, dağlarda 3-5 dərəcə isti təşkil edəcək.