Fransa Peşəkar Futbolçular Milli İttifaqı (UNFP) 2024/2025 mövsümünün ən yaxşılarını açıqlayıb.
ONN media xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu PSJ-nin vingeri Usman Dembele seçilib. Ən böyük ümid nominasiyasında Paris klubunun vingeri Dezire Due qalib olub. Eyni zamanda mövsümün ən yaxşı məşqçisi mükafatında qalib Fransa çempionunu çalışdıran Luis Enrike olub.
Yalnız ən yaxşı qapıçı nominasiyasında qalib PSJ-dən olmayıb. “Lill”in qolkiperi Luka Şevalye mövsümün ən yaxşısı seçilməyi bacarıb.
Xaricdə çıxış edən ən yaxşı fransız futbolçu isə “Real”ın forvardı Kilian Mbappe olub.
Liqa 1-in rəmzi heyəti də təqdim edilib. Futbolçu sayında üstünlük burada da çempion PSJ-dən yana olub. Rəmzi komandada paytaxt klubunun 9 oyunçusu yer alıb. Bundan əlavə, "Lion" və "Lill" klublarından da hərəyə bir futbolçu seçilib.
Liqa 1-in 2024/25 mövsümünün rəmzi komandası:
Qapıçı: Luka Şevalye (“Lill”)
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Vilyam Paço, Nunu Mendeş (hamısı PSJ)
Yarımmüdafiəçilər: Joao Neves, Vitinya (hər ikisi PSJ), Rayan Şerki (Lion)
Hücumçular: Usman Dembele, Bredli Barkola, Dezire Due (hamısı PSJ)



Mbappe Fransa Kubokunun oyununda zədə alıb
Ronaldo mövsümün ən yaxşısı seçildi
İlin ən yaxşıları onlar oldu
Ronaldodan gözlənilməz addım
Ötən mövsümün ən yaxşı futbolçusu açıqlandı
Çempionlar Liqası - Ən yaxşı oyunçular məlum oldu
2018-ci ilin simvolik komandası AÇIQLANDI
"İlin futbolçusu" adına namizədlər açıqlandı
FİFA ilin ən yaxşılarını açıqladı
Dünyanın ən bahalı hücumçusu məlum oldu
İlin ən yaxşı futbolçusu kimdir?
Bütün diqqətlər Fransada- Qalib bəlli olacaq
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi 