FİFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. ONN media xəbər verir ki, "The Best" mükafatına on futbolçu namizəddir: Kriştiano Ronaldo ("Yuventus" / Portuqaliya), Frenki de Yonq ("Ayaks" / Hollandiya), Matteis de Liqt ("Ayaks" / Hollandiya), Eden Hazard ("Çelsi" / Belçika), Harri Keyn ("Tottenhem" / İngiltərə), Sadio Mane ("Liverpul" / Seneqal), Kilian Mbappe (PSJ / Fransa), Lionel Messi ("Barselona" / Argentina), Məhəmməd Salah ("Liverpul" / Misir), Vircil van Dayk ("Liverpul" / Hollandiya). Qeyd edək ki FIFA-nın saytındakı sorğuda azarkeşlər ilin futbolçusunu müəyyənləşdirəcək. Qalibin adı sentyabrın 23-ü, Milanda keçiriləcək tədbirdə açıqlanacaq. Xatırladaq ki, ötən mövsüm bu mükafatı Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç qazanmışdı.
"İlin futbolçusu" adına namizədlər açıqlandı



Bütün diqqətlər Fransada- Qalib bəlli olacaq
Ronaldo, Modriç, yoxsa Salah?
Messi yenidən ilin ən yaxşısı seçildi
2018-ci ilin simvolik komandası AÇIQLANDI
İlin ən çox qazanan futbolçuları - SİYAHI
Messi üçün BÖYÜK ŞOK
UEFA ÇL-in püşkatma mərasimi baş tutdu
Qurban Qurbanovdan ŞOK QƏRAR
2022-ci ilin ən yaxşı futbolçusu açıqlandı
ÇL-də həftənin ən yaxşısı kim olacaq?
Salah "Liverpul"dan gedəcək - Baş məşqçi açıqladı
Salah “Real” və “Yuventus"a keçməkdən imtina etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 