Arsenal" 2025/26 mövsümü üçün yeni ev formasını təqdim edib.
ONN media xəbər verir ki, yeni formanı dizayn edərkən "Arsenalın ürəyi" mövzusundan ilham alınıb və yaradıcı motiv kimi insan ürəyi istifadə olunub.
Forma əsasən qırmızı rəngdə hazırlanıb, ağ rəngli qollar və "Adidas" loqosu ilə tamamlanaraq ikirəngli klassik dizaynı qoruyub saxlayıb. Klub 2022/23 mövsümündən sonra ilk dəfə olaraq klassik qırmızı-ağ ev forması palitrasına qayıdıb. Dəstə həm ağ, həm də qırmızı şortlar daxildir.
“Arsenal” futbolçuları yeni formanı mayın 12-də Premyer Liqanın 37-ci turu çərçivəsində “Nyukasl”a qarşı keçirəcəkləri son ev oyununda geyinəcəklər