Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
ONN media xəbər verir ki, bununla da qitənin ikinci dərəcəli klub turnirində finalçılar müəyyənləşəcək.
İngiltərə təmsilçilərindən "Arsenal" İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal"ı bu dəfə Londonda qəbul edəcək. Meydan sahiblərinə mərhələ adlamaq üçün yalnız qələbə lazım olduğu halda, "Qarabağ"la eyni qrupda mübarizə aparmış qonaqları istənilən heç-heçə də qane edəcək. Oyun öncəsi komandaların heyətində zədəli futbolçu yoxdur. Yalnız ilk görüşdə qırmızı vərəqə görən "Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu cəzalı olduğu üçün görüşü buraxacaq.
Yarımfinalın digər oyununda isə İngiltərənin "Mançester Yunayted" komandası İtaliyada "Roma"nın qonağı olacaq. Evdəki qarşılaşmada rəqibinə 6:2 hesabı ilə qalib gələn "qırmızı şeytanlar" finala vəsiqənin taleyini demək olar ki, həll ediblər.
UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 2:6
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.



Avropa Liqası: Finalçılar bəlli olacaq
Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək
Kuboka “Çelsi” sahib oldu - Yenilənib
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək
Futbol sevənlər üçün AFİŞA
ÇL, 1/8 final: "Sevilya" və "Roma" 1/4 finalda!
"Real"dan daha bir uğur
"Real Madrid" qalibiyyətə imza atdı
Püşk atıldı: Kim kimə qarşı
Çempionlar Liqasında son durum necədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 