ONN İnformasiya Agentliyi

Leyla Əliyevanın qızı finala yüksəldi

Leyla Əliyevanın qızı finala yüksəldi
17-05-2025, 20:43
İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva finala vəsiqə qazanıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Kunq Fu Fererasiyasından məlumat verilib.
11 yaşlı Ə.Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır.
Yarışa yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində ölkə başçının qızı Arzu Əliyeva da olub.
Qeyd olunub ki, İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva parlaq çıxışı ilə “light sanda” döyüşü üzrə finala vəsiqə qazanıb.
Onun əldə etdiyi uğur Azərbaycan Kunq Fu Federasiyasının beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiqləyir.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png