Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir.
ONN media xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında 70 kiloqramdan yuxarı çəki dərəcəsində Nihad Kərimzadə Jakob Zumer (Slovakiya) 6:1, Antoni Stepnievskiyə (Polşa) 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda italiyalı Fernando Marinonu 2:0 hesabı ilə üstələyən karateçimiz finala adlayıb. Finalda onun rəqibi makedoniyalı Andrey Basarov olacaq.
Qeyd edək ki, bundan əvvəl daha bir karateçimiz - 63 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Süleymanov finala yüksəlib. Həlledici mərhələdə o, Artem Şaruba (Belarusiya) ilə mübarizə aparacaq.
Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medal qazanıb.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.



Üç idmançımız finala yüksəlib
Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı
Orxan Səfərov qızıl medal qazandı
İdmançımız erməniyə qalib gələrək finala yüksəldi
"Paris 2024"- İmaməddin finalda!
Güləşçimiz Avropa çempionu oldu
Azərbaycan cüdoçusundan daha bir qalibiyyət
Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
Qadın güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Güləşçilərimizdən BÖYÜK UĞUR
Güləşçimiz erməniyə qalib gəldi
Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 