İsrail millisinin yarımmüdafiəçisi Qadi Kinda 32 yaşında vəfat edib.
ONN media xəbər verir ki, bu barədə “Makkabi Hayfa” klubunun mətbuat xidməti məlumat yayıb.
O, mayın 6-da ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Futbolçunun dəqiq ölüm səbəbi açıqlanmayıb. Mart ayının sonunda Kinda müalicə üçün məşqlərdən azad olunmuşdu.
Qadi Kindanın anadan olduğu ölkə Efiopiyadır, lakin onun ikili vətəndaşlığı olduğuna görə İsraili təmsil etməyi seçib.
2011–2019-cu illərdə “Aşdod” klubunda çıxış edən futbolçu, daha sonra iki mövsüm “Beitar Yerusəlim”in formasını geyinib. 2021–2024-cü illərdə o, ABŞ-da MLS təmsilçisi “Sportinq Kanzas”da oynayıb.
O, İsrail milli komandasında 10 oyunda iştirak edib və 2 qol vurub