“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.
ONN media xəbər verir ki, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ilk görüş Şuşada gerçəkləşib.
Onlar Şuşa şəhər stadionunda şəhər sakinləri ilə görüşüblər. Klubun səfəri əhali tərəfindən böyük sevinclə qarşılanıb.