İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. ONN media Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində aprelin 15-də İtaliya nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində olub. İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar. Qonaqlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb. Onlara məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar. Ağdam səfəri zamanı İtaliya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.
İtaliya nümayəndə heyəti Ağdama səfər etdi



İtaliyalı deputatlar Ağdama səfər etdi - YENİLƏNDİ
ICESCO-nun Baş direktoru Ağdama səfər etdi
Türk Şurasının nümayəndə heyəti Ağdamda
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başladı
İtaliyalı diplomatlar Gəncədə səfərdədir
Sahibə Qafarova İtaliyaya səfərə gedir (YENİLƏNDİ)
İƏT nümayəndələri Ağdamda namaz qıldı
İtaliya parlamentinin üzvləri Gəncəyə səfər etdi
Azərbaycanlı deputatlar İtaliyaya getdi
Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edib - MÜZAKİRƏ...
Ağdamın peykdən görüntüsü - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 