ONN İnformasiya Agentliyi

Ronaldonun məqsədi nədir?- Özü açıqladı

Ronaldonun məqsədi nədir?- Özü açıqladı
Bu gün, 14:20
Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı planları barədə danışıb.
ONN media xəbər verir ki, o, məşqçi olmayacağını bildirib:
"Mən standart düşünən insan deyiləm. Digər futbolçulardan üstün deyiləm, sadəcə fərqli düşünürəm. Düzünü desəm, məşqçilik mənlik deyil. Heç olmasa yaxın 5, 10, hətta 20 ildə bunu özüm üçün görmürəm. Amma həyatda hər şey dəyişə bilər.
Səudiyyə Ərəbistanına təkcə futbol oynamağa gəlməmişəm. Ölkəni dəyişməkdə, transformasiyanın bir hissəsi olmaqda iştirak etmək istəyirəm. Bəli, mən portuqaliyalıyam, amma artıq Səudiyyə Ərəbistanının bir hissəsiyəm", – deyə Ronaldo klubun YouTube kanalına verdiyi müsahibədə bildirib.
Xatırladaq ki, Ronaldo "Əl-Nəsr"lə olan müqaviləsini 2027-ci ilə qədər uzadıb
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png