ONN İnformasiya Agentliyi

Ağdamda minaya düşən polis əməkdaşının son durumu necədir?

Ağdamda minaya düşən polis əməkdaşının son durumu necədir?
Bu gün, 10:50
Bu gün Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən polis əməkdaşı İsmayılov Xəyyam Şakir oğlunun son durumu açıqlanıb.
ONN media xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir",- məlumatda qeyd edilib.
xxx
Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png