Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.
ONN media xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında BTE-nin şöbə müdiri Etibar Əzimov məlumat verib.
O qeyd edib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb.
"Sabahdan endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir - qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Bu qiymətlərin siyahısı sabahdan bizim bütün mağazalarımızın divarlarından asılacaq. 2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq, bu qiymətlərin artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır", - deyə E.Əzimov bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətinin 25 faizə qədər endiriləcəyi ilə bağlı məlumat yaymışdı



Məktəbli formaları ucuzlaşıb - AÇIQLAMA
Məktəbli formalarına niyə alıcı tapılmır?
Yeni məktəbli formalarının qiyməti necə olacaq?
Məktəbli formaları nə vaxt satışa çıxarılacaq?
Məktəbli formalarının tikilişinə başlanılıb
Məktəbli formalarının qiyməti bahalaşacaq?
Məktəbli formalarının qiyməti AÇIQLANDI
Məktəbli formalarının qiyməti açıqlandı
Yeni məktəbli formalarının qiyməti açıqlandı
Yeni məktəbli formaları istifadəyə hazırlanır
Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq?
Bir uşağın məktəbə getməsi üçün nə qədər xərc tələb edir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 