Meksikada narkotik kartelinin lideri , "El Menço" ləqəbli Nemesio Osequera Servantesin öldürülməsindən sonra baş verən zorakılıq dalğası, ölkənin 2026-cı il Dünya Kubokuna ev sahibliyi edib-etməyəcəyinə şübhə yaradıb.
ONN media xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
FİFA Qvadalaxaranın ev sahibi statusunun ləğvini açıq şəkildə açıqlamayıb, lakin mənbələr İspaniya nəşrinə bildiriblər ki, bu miqyaslı qlobal idman tədbiri üçün təhlükəsizliyin təmin edilib-edilməyəcəyi ilə bağlı narahatlıqlar var.
Təşkilatçılardan həm Dünya Kuboku matçları, həm də mart ayının sonlarına planlaşdırılan əsas seçmə pley-off matçları üçün təhlükəsizliyi təmin edə biləcəklərini sübut etmələri istənilib.
Qvadalaxara DÇ-2026-da qrup mərhələsinin dörd oyununa ev sahibliyi edəcək. Mart ayında isə Dünya Kuboku qitələrarası pley-off mərhələsinin iki oyunu da bu şəhərdə keçiriləcək.
Rəsmi turnirlərlə yanaşı, Meksika ilə Portuqaliya arasında planlaşdırılan yoldaşlıq oyununun ləğv olunma təhlükəsi var. Vəziyyəti “Estadio Asteka” stadionunun yenidən qurulmasının 28 marta qədər başa çatıb-çatmayacağı ilə bağlı narahatlıqlar daha da mürəkkəbləşdirir.
Narkotik baronu 22 fevral bazar günü Tapalpa şəhərində yaraqlılarla Meksika ordusu arasında gedən döyüş zamanı öldürülüb. Bundan sonra Meksikada iğtişaşlar başlayıb.



DÇ-2026: Pley-off mərhələsinin püşkü atılır
DÇ-2026: Bu gün də 8 oyun var
Millimizin rəqibi kim olacaq?- Bu gün bilinəcək
DÇ-2026: Bu gün Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olacaq
DÇ 2026-da bir ilk yaşanacaq
DÇ-2026: Bu gün daha 6 oyun baş tutacaq
DÇ-2026: bu gün 8 oyun var
Dünya kuboku Messiyə təqdim olundu
"Qarabağ"ın oyunlarının tarixi və yeri açıqlandı
FİFA-dan milli komandalarla bağlı RADİKAL dəyişiklik
Avropa Liqası: pley-off mərhələsinin oyunları başlayır
Millimizin DÇ-2022-dəki rəqibləri BƏLLİ OLDU
Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı
Sabah yağış yağacaq
Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
"AzParking" cərimə iddialarına cavab verdi
Tıxacların azaldılması üçün iş saatları DƏYİŞDİRİLƏCƏK
Kenan Doğulu, Beren Saat və Kerimcan Durmaz saxlanılıb
Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
Bu gün DÇ-2026 başlayır
Bakının bu rayonunda qaz olmayacaq
ADY bu tarixlərdə qatarların qrafikini DƏYİŞƏCƏK
Ərdoğan Netanyahuya xəbərdarlıq etdi
AZAL Bakı–Maskat reysini açmağı planlaşdırır
Ramil Şeydayevin yeni klubu bəlli oldu
Bakıda 33 dərəcə isti olacaq 