Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. ONN media xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub. A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək. Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq. Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.
Millimizin DÇ-2022-dəki rəqibləri BƏLLİ OLDU



Türkiyə Latviyaya qarşı
AVRO-2020 seçmə mərhələsinin 4-cü turun oyunları - SİYAHI
Püşk ATILDI: Azərbaycan hansı qrupa düşdü?
Bu gün Avropa Liqasının qrup mərhələsi başlayır
AVRO-2020-nin təqvimi
DÇ-2022: Qrupların tərkibi dəqiqləşib
DÇ-2022-nin təqvimi dəqiqləşib
Avro 2024: Daha 3 ölkə vəsiqə qazandı
Avropa Liqası: Bu gün 43 oyun keçiriləcək
Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atıldı
AVRO-2020: II turun növbəti görüşləri keçiriləcək
UEFA ÇL-in püşkatma mərasimi baş tutdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 