ONN İnformasiya Agentliyi

Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi

Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Bu gün, 09:32
Argentina millisinin kapitanı Lionel Messi yığmanın heyətində 117-ci qolunu vurub.
38 yaşlı hücumçu bu göstəriciyə İslandiya ilə keçirilən və komandasının 3:0 hesablı qələbəsi ilə başa çatan yoldaşlıq görüşündə imza atıb. Messi milli komandadakı 199-cu oyununda növbəti dəfə fərqlənərək rekordunu daha da yaxşılaşdırıb.
Təcrübəli futbolçu peşəkar karyerası ərzində bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 911 qol vurub. O, bu qolların 672-ni İspaniyanın "Barselona" klubunda, 32-ni Fransanın PSJ komandasında, 90-nı isə hazırda formasını geyindiyi ABŞ təmsilçisi "İnter Mayami"də rəqib qapılarından keçirib.
Qeyd edək ki, Argentina millisi 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə mübarizə aparacaq.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png