Arıqlama çayları və kapsullar əsasən kommersiya məqsədi ilə biznes maraqları çərçivəsində istehsal olunan məhsullardır. İstehlakçıları inandırmaq üçün isə çox vaxt onların “bitki mənşəli” olduğu vurğulanır. Bitki mənşəli məhsullara “orqanik və zərərsiz” kimi yanaşmaq düzgün deyil. Hər bir məhsulun keyfiyyəti və təhlükəsizliyi müvafiq sertifikatlar və nəzarət mexanizmləri ilə təsdiqlənməlidir.
Bu sözləri açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova arıqlama çayları və həblərin sağlamlığımıza yarada biləcəyi risklər barədə danışarkən deyib.
Onun sözlərinə görə, bitki mənşəli arıqlama çaylarında istifadə orqanizmin təbii prosesinə süni müdaxilə deməkdir və belə süni təsirlər müəyyən fəsadlarla nəticələnir:
“Çünki bu cür məhsullar bəzən maddələr mübadiləsini sürətləndirir, süni şəkildə ishal və qusma yaradır. Nəticədə orqanizmdən vitamin və minerallar itir, bağırsaq mikroflorası pozulur. Bu da immun sisteminin zəifləməsinə, qan azlığına, vitamin və mineral çatışmazlığı nəticəsində orqanların normal fəaliyyətinin pozulmasına və hətta autoimmun xəstəliklərə təsir edə bilər. Nəzarətsiz istifadə isə vəziyyəti daha da ağırlaşdırır. Belə hallarda anoreksiya, vitamin-mineral çatışmazlığı, saç tökülməsi, dırnaq qırılması, dəri problemləri və daxili orqanların funksiyasının pozulması kimi ciddi fəsadlar yarana bilər. Ona görə də bu kimi məhsullardan istifadə etməkdən çəkinmək lazımdır”.
Ekspert xüsusilə gənc xanımlara, eləcə də ana olmamışdan əvvəl belə məhsullardan istifadə etməməyi tövsiyə edir:
“Bu cür məhsullar gələcəkdə uşağın sağlamlıq probleminə və onun xəstə doğulmasına gətirib çıxara bilər. Uzunmüddətli və nəzarətsiz istifadə isə xərçəng, diabet və hətta mədəaltı vəzinin funksiyasının pozulması kimi ciddi sağlamlıq fəsadlarına da səbəb ola bilər, çünki orqanizmə süni müdaxilələr zərərlidir”



Arıqlama çayları və kofeləri alarkən diqqətli olun!
Kolbasanın tərkibi ilə bağlı dəhşətli məlumat
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Bitki çayları alkoqolun təsirini azaldır?
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Pendir sexində acınacaqlı görüntülər - Bərdədə
Arıqlamaq üçün bu məhsullara diqqət edin
Zəncəfilin faydaları və zərərləri
Meyvəsi xoş ətirli, bol vitaminli, yarpağı dərman...
Ramazan bayramında necə qidalanmaq lazımdır?
Çin məhsullarına qadağa qiymət artımına səbəb olacaq?
Kömür mədəni uçdu- ÖLƏNLƏR VAR
İrana yeni səfir təyin olundu
Bakının mərkəzində yol çökdü
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Neftimizin qiyməti 95 dollara düşüb
Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Xəzər dənizində zəlzələ oldu
Həkimdən günəş yanığı ilə bağlı xəbərdarlıq
Bakıda taksi xidməti kəskin bahalaşdı
Formula 1 üçün nə qədər vəsait ayrılıb?
Sabahın havası açıqlandı
Bərdədə hərbiçimiz faciəvi şəkildə həlak oldu 