Türkiyənin Balıkesir şəhər məhkəməsinin binasında kütləvi zəhərlənmə qeydə alınıb.
ONN media xəbər verir ki, binada qaz sızması nəticəsində 34 nəfər zəhərlənib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Hazırda məhkəmə binası təxliyə edilir.