ONN İnformasiya Agentliyi

AFFA “Qəbələ”yə pul ayıracaq

AFFA “Qəbələ”yə pul ayıracaq
13 Avqust 2021 - 15:39

Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə də sabit maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə AFFA arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.

ONN media  klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də milli assosiasiya əyalət təmsilçisinə maddi dəstək göstərəcək.

Ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ”nin əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, akademiyanın da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

“Qəbələ” göstərdiyi dəstəyə gorə AFFA-ya təşəkkür edib.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png