ONN İnformasiya Agentliyi

Cüdoçularımız avrokuboku iki medalla başa vurdular

Cüdoçularımız avrokuboku iki medalla başa vurdular
08 Avqust 2021 - 23:51

Orenburqda (Rusiya) cüdo üzrə Avropa kuboku yarışı keçirilib.

ONN media  xəbər verir ki, avqustun 7-də start götürən turnirin ikinci günü komandamız aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Beləliklə, cüdo komandamız yarışı iki medalla başa vurub.

İki gün davam edən turnirdə on dörd ölkədən 200-ə yaxın cüdoçu iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png