ONN İnformasiya Agentliyi

Dünyanın ən yaxşı məşqçisi kimdir?

Dünyanın ən yaxşı məşqçisi kimdir?
09 Mart 2024 - 8:18

Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 28-ci turu çərçivəsində martın 10-da baş tutacaq oyun öncəsi “Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola haqda fikirlərini bölüşüb.

“Pep dünyanın ən yaxşı məşqçisidir. Mənim həyatımda gördüyüm ən görkəmli mütəxəssisdir. O, çoxlu kuboklar qazanıb, lakin özünü heç vaxt heç nə qazanmamış kimi aparır, sadəlik nümayiş etdirir”, – deyə o bildirib.

Xatırladaq ki, “Liverpul” – “Mançester Siti” matçı Liverpulun “Enfild” stadionunda baş tutacaq.

Premyer Liqanın 27 turundan sonra “Liverpul” 63 xal toplayıb və birinci yerdədir. Öz növbəsində “Mançester Siti” 62 xal toplayıb və ikinci pillədə qərarlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png