ONN İnformasiya Agentliyi

Ermənilər yenə məğlub oldular: Bu dəfə RƏCƏBOV AMAN VERMƏDİ

Ermənilər yenə məğlub oldular: Bu dəfə RƏCƏBOV AMAN VERMƏDİ
03 Yanvar 2021 - 21:42

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşləri başa çatıb.

ONN media  xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün sonuncu və həlledici oyuna çıxıb.

Təmsilçimiz inamlı qələbə qazanaraq nüfuzlu turnirin çempionu olub.

Ötən gün dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.

Bu gün keçirilən dörd qarşılaşmadan birincini heç-heçə, ikincisini isə qələbə ilə bitirən Rəcəbov böyük üstünlük əldə edib. Üçüncü qarşılaşmada əldə etdiyi heç-heçə növbəti oyunu mənasız edib. Təmsilçimiz bununla da qələbəni vaxtından əvvəl təmin edib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png