ONN İnformasiya Agentliyi

Mahir Emreli “Qarabağ”la vidalaşdı

Mahir Emreli “Qarabağ”la vidalaşdı
07 İyun 2021 - 21:45

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ” klubu ilə vidalaşıb.

ONN media xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə “Facebook” hesabında paylaşım edib.

Qeyd edək ki, Mahir Emrelinin tezliklə “Legiya” ilə müqavilə imzalayacağı gözlənilir. Sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə üç il olacaq. Forvard 2015-ci ildən “Qarabağ”ın formasını geyinib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Hücumçu Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png