ONN İnformasiya Agentliyi

Mbappe Fransa Kubokunun oyununda zədə alıb

Mbappe Fransa Kubokunun oyununda zədə alıb
08 Fevral 2024 - 14:54

PSJ-nin 25 yaşlı vingeri Kilian Mbappe Fransa Kubokunun 1/8 final mərhələsinin “Brest”lə ev oyununda (3:1) zədələnib. Oyunun 69-cu dəqiqəsində Mbappe mərkəz müdafiəçisi Lilian Brassierlə kobud mübarizənin qurbanı olub. Buna görə ona ikinci sarı kart göstərilərək meydandan qovulub. Mənbənin sözlərinə görə, Kilian bu epizodda topuğundan zədə alsa da, matçı davam etdirə bilib və final fitinə qədər oynayıb.

PSJ-nin baş məşqçisi Luis Enrike – “Kilian Mbappeyə gəlincə, buna sabah baxarıq. O, topuğundan güclü zərbə alıb. O, meydanda qaldı, yaxşıdır. Həkimlər onu sabah müayinə edəcəklər”, – deyə bildirib.

Qeyd edək ki, fevralın 10-da PSJ Liqa 1-də “Lill”lə ev matçı keçirəcək. Fevralın 14-də parislilər Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu “Real Sosyedad”la keçirəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png