ONN İnformasiya Agentliyi

Qurbanov “Beşiktaş”a transfer oluna bilər?

Qurbanov “Beşiktaş”a transfer oluna bilər?
16 Aprel 2024 - 15:10

Ötən həftə baş məşqçisi Fernando Santosla yollarını ayıran “Beşiktaş” yeni çalışdırıcının axtarışlarına başlayıb.

ONN media xəbər verir ki, İstanbul klubunun rəhbərliyinin 2 planı var: cari mövsümü tamamlayacaqları məşqçi tapmaq, bu müddətdə yeni mövsüm üçün mütəxəssis axtarmaq və ya birdəfəlik komandanı uğursuzluqdan xilas edəcək şəxslə anlaşmaq.

Türkiyə mətbuatının məlumatına görə, “Beşiktaş”ın baş məşqçi postuna 5 namizəd var. Söhbət Mauritsio Sarri, Antonio Konte, Sərgən Yalçın, Mirça Luçesku və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan gedir. Bununla bağlı sosial şəbəkələrin Türkiyə seqmentində və mətbuatında çoxsaylı məlumatlar paylaşılır.

“Beşitkaş” azarkeşləri də baş məşqçi məsələsinə biganə qalmırlar. Onların əksəri xəbərlərə münasibət bildirərək Qurban Qurbanovun namizədliyini dəstəklədiklərini açıqlayırlar. Hətta digər klubların fanatları da 52 yaşlı mütəxəssisi Superliqada izləməkdə maraqlıdırlar.

Ancaq rəy bildirənlərin bir hissəsi Qurbanovun “Qarabağ”ı tərk edərək “Beşiktaş”a gəlməyəcəyini bildirirlər:

– “Qalatasaray”lı olaraq, məncə, ən yaxşı Qurbanovdur;

– Mütləq Qurban Qurbanov;

– Qurbanov deməyən tennis izləsin;

– Qurbanov ən yaxşıdır, amma gəlməz;

– Qurbanov gələrsə, əcaib bir şey olar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png