ONN İnformasiya Agentliyi

“Real”dan daha bir uğur

“Real”dan daha bir uğur
18 Aprel 2024 - 8:27

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

ONN media xəbər verir ki, “Mançetser Siti” İspaniya nəhəngi “Real”ı qəbul edib. Matçın əsas və əlavə vaxtı 1-1 hesabı ilə yekunlaşıb. İki görüşün nəticəsində də 4-4 bərabərlik qeydə alındığı üçün penalti vuruşlarına müraciət olunub. Burada daha dəqiq olan (3-4) “Real” yarımfinala yüksəlib.

“Bavariya” – “Arsenal” matçında meydan sahibləri 1-0 hesabı ilə qalib gəlib. İki görüşün nəticəsinə əsasən, 3-2 qalib gələn almanlar növbəti raunda yüksəlib.

Qeyd edək ki, bu “Bavariya” yarımfinalda “Real Madrid”lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00. “Mançester Siti” (İngiltərə) 1-1 “Real” (İspaniya) Penalti zərbələri: 3-4

Baş hakim: Daniele Orsato (İtaliya).

Mançester, “Etihad” stadionu.

İlk oyun – 3:3.

23:00. “Bavariya” (Almaniya) 1 – 0 “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland).

Münhen, “Alyans Arena”.

İlk oyun – 2:2

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png