ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti
13-09-2019, 23:42

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 63,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel azdır. ONN media bildirir ki,  bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,82 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel azdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png