ONN İnformasiya Agentliyi

Neftimiz qiyməti açıqlandı

Neftimiz qiyməti açıqlandı
1-11-2019, 23:53

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 64,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır. ONN media bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,22 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png