İspaniyanın paytaxtı Madridin Ortalesa rayonunda yetkinlik yaşına çatmayan miqrantların qaldığı mərkəzə qumbara atılıb. ONN media xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, binaya da ziyan dəyməyib. Partlayıcı qurğu TEDAX adlı bölmənin mütəxəssisləri tərəfindən zərərsizləşdirilib. Hadisəni törədənin kimliyi bəlli deyil.
SON DƏQİQƏ: Miqrantların düşərgəsinə qumbara atdılar

