Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü(qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə rayon polis şöbəsinə (RPŞ) məlumat daxil olub.
Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.



Bərdədə 18 yaşlı qızı zəncirləyən şəxs saxlanıldı
Bakıda yetkinlik yaşına çatmayan iki nəfər BIÇAQLANDI
Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlandı - RƏSMİ
Qadın məhbusların və yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb
Azyaşlı külli miqdarda narkotiklə tutuldu
Abşeronda İYRƏNC CİNAYƏT
Bərdədə qaçırılan qızdan xəbər var: Bakıda...
Bakıda zəncirlənən uşaqdan XƏBƏR VAR
Azərbaycanda oğul atasını öldürdü
Ağdamda 16 yaşına çatmayan qız ərə verilib?
15 yaşlı qıza zorakılıq edən şəxslərin aqibəti necə oldu?
Nazirlik bu şəxsləri cərimələdi - Yetkinlik yaşına çatmayanlara...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 