Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONN media -ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən, əraziyə müvafiq baxış keçirlib və magistral yolun sözügedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib. Bundan başqa, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda...



15 yaşlı qızı avtomobil vurdu - VƏZİYYƏTİ...
Yol polisi Zərdabda reyd keçirdi
Saatlıda yolu keçmək istəyən uşağı maşın vurdu
Daha bir kənd koronavirusa görə nəzarətə götürüldü
Qazaxda bədbəxt hadisə
Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ
Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var
Azərbaycanda FACİƏ: 4 nəfər maşının altında qalıb öldü
Goranboyda minaya düşən şəxs sağdır (YENİLƏNDİ)
Qanunsuz ov edən saxlanıldı
Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 