Yazıçı Günel Eyvazlının deputatlığa namizədliyi qeydə alınıb.
ONN media xəbər verir ki, tanınmış yazıçı Günel Eyvazlı namizədliyini Sumqayıt-Xızı seçki dairəsindən irəli sürülüb. O, saytımıza açıqlamasında imza vərəqələrini təqdim etdiyini və ötən gün deputatlığa namizədliyinin qeydə alındığını bildirib.
Qeyd edək ki, G. Eyvazlı 1984-cü il aprelin 9-da Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər Fəxrəddin Piriyev adına 18 saylı orta məktəbi bitirib.
2007-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Filologiya” fakültəsini, 2014-cü ildə BQSK-nın "Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” fakültəsini bitirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
"Ədəbiyyat” qəzetinin əməkdaşı, "Ədəbiyyat qəzeti”nin rəsmi saytı olan Edebiyyatqazeti.az saytının redaktoru, Sumqayıt Dövlət Texniki Kollecinin "Kitabxana müdiri” və pedaqoqdur.