Tanınmış jurnalist Fuad Abbasovun Xəzər TV-nin Xəbərlər departamentində işə başladığı haqda informasiya yayılıb. İddia olunur ki, jurnalist yaxın günlərdə siyasi mövzulu proqramda aparıcılıq edəcək. Eyni zamanda, onun “Xəzər” TV-nin Xəbərlər Depertamentinə baş redaktor vəzifəsinə təyin olunacağının gözlənildiyi də bildirilir. ONN media xəbər verir ki, Modern.az-ın əməkdaşı yayılan informasiyanın dəqiqliyini öyrənmək üçün Fuad Abbasovla əlaqə saxlayıb. Fuad Abbasov qısa söhbət zamanı Xəzər TV-də çalışdığı barədə informasiyanı təkzib edib. O, 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün hazırlaşdığını bildirib. “Deputatlığa namizədliyimi irəli sürmüşəm. Sənədlərimi Xətai rayonu 33 saylı birinci seçki dairəsinə təqdim etmişəm. Artıq imza toplamağa da başlamışam. Deputatlığa namizədliyimin təsdiqlənəcəyinə əminəm. Belə olan halda hər hansı televiziya kanalında aparıcılıq etməyim və özüm haqqında təbliğat aparmağım düzgün olmaz”. Qeyd edək ki, keçmiş icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də 33 saylı Xətai birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Fuad Abbasov deputatlığa namizədliyini irəli sürdü



Fuad Abbasovla bağlı xəbər var
Fuad Abbasov bu gün Rusiyadan deportasiya edilir
Fuad Abbasov bu gün Bakıya göndəriləcək
"Olaylar" İnformasiya Agentliyinin əməkdaşı namizədliyini irəli sürdü
SON DƏQİQƏ: Fuad Abbasov Azərbaycana deportasiya edildi
Fuad Abbasova daha bir zərbə
Aqil Abbas yenidən deputatlığa namizəd oldu
Səfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi
Əflatun Amaşov Fuad Abbasovdan danışdı
Fuad Abbasovla bağlı yeni xəbər
Fuad Abbasov nələr edir: geri çəkildi? - Video
Fuad Abbasov Mətbuat Şurasında oldu, görüşlər keçirtdi - Fotolar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 