"Fənərbağça" klubu daha bir futbolçunu transfer edib. ONN media xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"nın seneqallı hücumçusu Mame Tiam Babanı heyətinə qatıb. Hücumçu ilə 3 illik müqavilə imzalanıb. Transfer məbləği və futbolçunun maaşı açıqlanmayıb. Qeyd edək ki, Mame Tiam Baba Seneqal millisinin də üzvüdür.
"Fənərbağça" bu hücumçunu transfer etdi - FOTO

