Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, qeydiyyatdan keçən 2519 namizəddən 44-ü imtahana gəlməyib. 754 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Xatırladaq ki, imtahanda namizədlərə seçdikləri istiqamət üzrə 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23 dekabr saat 10:00-dan 25 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya Komissiyasına müraciət edən namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır
Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ



Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub
Jurnalistika üzrə qabiliyyət imtahanı: nəticələr bəlli oldu
DİQQƏT: Nəticələr açıqlandı
DİM imtahan nəticələrini açıqladı
DİQQƏT- Nəticələr açıqlandı
Hərbi liseylərə imtahan nəticəsi elan olundu
Bu şagirdlərin nəticəsi niyə ləğv olundu?
XI siniflərin DİQQƏTİNƏ! Nəticələr açıqlanıb, 20 nəfər maksimum bal toplayıb
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Dövlət qulluğuna qəbulun nəticələri açıqlandı
İmtahanının nəticələri açıqlandı
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
DYP-dən sürücülərə xəbərdarlıq
Günün qoroskopu: İşə başlamaq üçün əlverişli vaxtdır
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi 