ONN İnformasiya Agentliyi

Qızılın qiyməti daha bir rekord vurd

Qızılın qiyməti daha bir rekord vurd
30-03-2026, 17:03
Qlobal əmtəə bazarlarında qızılın dəyəri sürətlə artaraq 4600 ABŞ dollarına yaxın səviyyəyə yüksəlib. Beynəlxalq birjalarda həm qiymətli, həm də sənaye metallarında ümumi bahalaşma tendensiyası müşahidə olunur.
ONN media-nın məlumatına görə, COMEX birjasında qızılın iyun fyuçersləri 1,04% (46,9 dollar) artaraq 4571,2 dollar səviyyəsinə çatıb. Spot bazarda isə qızıl 0,86% (38,49 dollar) bahalaşaraq 4532,6 dollar olub.
Digər metallar da artım nümayiş etdirib. Gümüşün may fyuçersləri 1,47% yüksələrək 70,82 dollara, misin may fyuçersləri 0,48% artaraq 552,1 dollara çatıb. Platinin spot qiyməti isə 2,91% bahalaşaraq 1923,5 dollar təşkil edib.
Mütəxəssislər bildirirlər ki, bu artımın əsas səbəbləri arasında dolların zəifləməsi, Yaxın Şərqdə gərginliyin artması fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi və inflyasiya gözləntilərinin güclənməsi yer alır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png