Bəzən insan illərlə özünü dəyişməyə çalışır. Kitablar oxuyur, təlimlərə qatılır, terapiya alır. Amma eyni problemlər yenə təkrarlanır. Eyni qorxular, eyni uğursuz münasibətlər və eyni pul çətinlikləri.
Müasir psixologiyada buna "nəsillərarası ötürülən davranış və emosional nümunələr" deyilir.
ONN media xəbər verir ki, bu əlamətlərdən bir neçəsi səndə varsa, problemin kökü təkcə sənin şəxsi həyat hekayəndə olmaya bilər.
1. Ailədə, nəsildə hamı pul qazanmaqda çətinlik çəkir və ya qazanmır
Nə qədər çalışsan da, qazancın əlində qalmır. Araşdırmalar göstərir ki, uşaqlar pul haqqında inanclarını əsasən ailədən öyrənirlər.
Əgər ailədə daim: "pul çətin qazanılır", "varlılar pis adamlardır", "bizim qismətimiz belədir"kimi fikirlər olubsa, bu inanclar sonrakı nəsillərə də keçə bilər.
2. Qadınlar və ya kişilər tək qalıb, ailə qura bilmir, boşanır
Nənə, ana, xala və digər ailə üzvlərində oxşar münasibət problemləri olubsa, insan şüuraltı olaraq eyni münasibət nümunələrini təkrarlaya bilər.
3. Daim özünü günahkar, zəif hiss etmək
Heç bir səbəb olmadan özünü məsul hiss etmək bəzən ailədə uzun müddət davam etmiş emosional yükün əlaməti ola bilər.
4. Özündən çox başqalarını düşünür, kömək edirsən
Hamının problemini həll etməyə çalışır, amma öz ehtiyaclarını arxa plana atırsan. Bu xüsusiyyət çox vaxt ailədə erkən yaşda böyüklərin məsuliyyətini daşıyan uşaqlarda formalaşır.
6. Səbəbsiz qorxular…
Pul itirmək. Tərk edilmək. Xəstələnmək. Uğursuz olmaq.
Bu qorxuların bəziləri şəxsi təcrübədən deyil, ailədə illərlə danışılan hadisələrdən formalaşa bilər.
7.Ailənizdə eyni xəstəliklər və ölüm formaları var
Müasir elm göstərir ki, uzunmüddətli stress bəzi bioloji sistemlərə təsir göstərə və nəsillərarası risklər yarada bilər. Bu, taleyin dəyişməz olması demək deyil, sadəcə müəyyən meyllərin mövcud ola biləcəyini göstərir.
İnsan kökü anladıqca, dəyişiklik etmək imkanları da artır.



Anadan övlada ötürülən xəstəliklər – SİYAHI
Martda vaxtı bitən sosial yardımların müddəti uzadıldı - RƏSMİ
Bir insan həyat yoldaşını aldatmaq istəyirsə... — Tanınmış həkimdən İNANILMAZ AÇIQLAMA
Azərbaycanda ödənişli atalıq məzuniyyətinin olması məsələsinə baxılır
Oğlan və qız neçə yaşda ailə qurmalıdır? – Psixoloq AÇIQLADI
Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlandı
Pərvin Abıyevadan ŞOK SÖZLƏR: İmkanlı sevgililərim...
Seksoloq: Nə qadın, nə kişi xəyanət edir, bu, sadəcə… – MÜSAHİBƏ
Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət – Çox xəstəliklərin səbəbi
Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...
13 rəqəmindən qorxanlar – Triskadefobiyadan necə qurtulmalı?
Azərbaycanda bir ailədə 2 qadın koronavirusdan öldü - EYNİ GÜNDƏ
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür
"Azeri Light" neftinin qiyməti 4 faizdən çox ucuzlaşıb
"Qarabağ"ın Avropa Liqasındakı ilk rəqibi bu gün bəlli olacaq
Bəzi ərazilərə intensiv yağış yağır
"Space" TV-yə yeni bədii rəhbər təyin olundu
Moskva–Naxçıvan reysində təhlükəli səhv
ABŞ İrana 300 milyon dollar ödəyəcək?
Sərnişin avtobusu dərəyə aşdı- ÖLƏNLƏR VAR
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası açıqlandı
Tramp Makronu hədələdi
XİN rəsmi məlumat yaydı 