Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı gözlənilir. İddialara görə, yaxın günlərdə siqaretlərin pərakəndə satış qiymətlərində 20-30 qəpik civarında artım baş verə bilər.
Məlumata görə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq bəzi məhəllə mağazaları, marketlər və köşklər siqaret məhsullarının yeni partiyalarını qəbul etməyə tələsmir.
Nəticədə bir sıra satış məntəqələrində müəyyən markalar üzrə çatışmazlıq müşahidə olunur.
ONN media xəbər verir ki, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Cəbhəinfo.az-a açıqlamasında Azərbaycanda siqaretin qiymətinin artmasının vergi və aksiz dərəcələrilə bağlı olduğunu bildirib:
"Bu, sosial və həssas məsələ olmadığına görə hökumət rahat şəkildə vergiləri artırır və bu, dünyanın hər yerində belədir. Çox güman ki, növbəti vergi və aksiz artımları siqaret qiymətlərinə də yansıyacaq və qiymətlərdə artım müşahidə olunacaq.
Bunun da sosial tərəfi ondan ibarətdir ki, siqaretin qiyməti artıqca ondan imtina edən vətəndaşların sayı artacaq”.
İqtisadçı qeyd edib ki, bu məsələdə "qızıl ortanı" tutmaq lazımdır:
"Çünki Azərbaycanda siqaret həddindən artıq bahalaşarsa, yəni qonşu ölkələrlə qiymət fərqi çox olarsa, o zaman ölkəmizə qaçaqmalçılıq yolu ilə siqaret gətirmək istəyənlərin də sayı kəskin şəkildə arta bilər”.



Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Azərbaycanda siqaret bahalaşdı
Dünyada siqaret bahalaşır, Azərbaycanda da gözlənilir - AÇIQLAMA
Azərbaycanda bu siqaret bahalaşdı
Siqaret və alkaqollu içkilər bahalaşacaq?
Azərbaycanda bu siqaretlər bahalaşacaq
Siqaretin qiyməti ilə bağlı YENİ XƏBƏR: Sabahdan ...
Azərbaycanda siqaret bahalaşdı
Siqaret bahalaşdı
Aksizdən sonrakı qiymətlər- Kəskin bahalaşma
Siqaret KƏSKİN BAHALAŞACAQ - 10 manat
Siqaret və spirtli içkilər üçün rüsumlar bir qədər də artırıla bilər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi
Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq
İlham Əliyev onları təltif etdi 