Gələn ildən siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Aksiz dərəcələrinin artması bu məhsulların qiymətlərinə necə təsir edəcək?
ONN media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli aksizlərin artmasının qiymətlərə təsir edəcəyini bildirib.
"Siqaret və siqarillanın qiymətinin 10-15 qəpik bahalaşacağı gözlənilir. Əsas artım elektron siqaretlərdə gözlənilir. Belə ki, elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 2 manat aralığında artım gözlənilir", - ekspert vurğulayıb.
Ekspert qeyd edib ki, spirtli içkilərdə hər litr üçün qiymətlərin 0,5-1 manat aralığında artımına səbəb olacağı gözlənilir:
"Təbii ki, burda sahibkarlar marjalardan aslı olaraq davranacaq. Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrinin, ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarının artırılması həmin məhsulların bahalaşmasına səbəb olacaq".
Qeyd edək ki, Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.
Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.
Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.
Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.



Vergilər artırılır: Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? - AÇIQLAMA
Spirtli içkilərlə bağlı qərar sabahdan qüvvəyə minir
Siqaret çəkənlərə BƏD XƏBƏR
PİS XƏBƏR- Siqaretin qiyməti bahalaşdı
Yanvardan bu məhsullar BAHALAŞACAQ
Siqaret və spirtli içkilər üçün rüsumlar bir qədər də artırıla bilər
Ölkədə siqaret və içki bahalaşdı
Siqaret və spirtli içki istifadəçilərinə BƏD XƏBƏR - QİYMƏTLƏRİ QALXIR
Alkoqollu içkilərin aksiz dərəcəsi artırıldı - NK
Azərbaycanda siqaret bahalaşacaq- VERGİ 2 DƏFƏDƏN ÇOX ARTIRILDI
Siqaretin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 